Yuxarı

Kutoyanı kim və niyə öldürüb? – İrəvanda çalxalanma...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kutoyanı kim və niyə öldürüb? – İrəvanda çalxalanma...

Xəbər verdiyimiz kimi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın cəsədi bu gün İrəvandakı evində aşkarlanıb. Onun intihar etdiyi təəssüratı yaransa da, bir çoxları olayın qətl olduğunu, Kutoyana sui-qəsd təşkil edildiyini deyib.

Axar.az xəbər verir ki, məsələ barədə açıqlamasında analitik Elxan Şahinoğlu da qətl versiyasının daha real olduğunu vurğulayıb.

O bildirib ki, Kutoyan keçmiş prezident Serj Sərkisyanın ən yaxın adamlarından biri olub:

“Nikol Paşinyanın hakimiyyətə gəlməsiylə Kutoyan da vəzifəsini itirib. Ermənistanda növbəti çalxalanmaya hazırlıq gedir. Kutoyanı öldürənlər Paşinyanı hədəf götürüblər. Çünki Serj Sərkisyanın yaxın silahdaşının qətlinə görə Paşinyan hökuməti tənqid olunacaq. Bu qətldən sonra Paşinyan kriminogen vəziyyətin stabilləşməsi ilə öyünə bilməyəcək. Qətlin siyasi motivləri var. Kutoyanı özününkülər qətlə yetiriblərsə belə, diqqətlər Nikol Paşinyana yönələcək. Yəni hardan baxılsa, bu qətl Paşinyanın əleyhinə işləyəcək.

Vaxtilə İtaliyada sağ ekstremistlər özlərinə yaxın sağ partiyanın tanınmış nümayəndəsini öldürdülər ki, şübhələr rəqibləri olan sol ekstremistlərin üzərinə yönəlsin. Ermənistanda da eyni ssenari işləyə bilərdi”.

Qeyd edək ki, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyan evində ölü tapılıb. Onun cəsədinin yanında boş konyak butulkası və şəxsi tapançası aşkarlanıb. Ekspertlər bununla Kutoyanın intihar etməsi haqda təəssürat yaradıldığını, lakin olayın qətl olmasının daha real və inandırıcı variant olduğunu bildiriblər.

Tarix
2020.01.17 / 17:35
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

Prezident Mayk Sisiliya ilə görüşdü

Münhendə sülh prosesi müzakirə edildi

Bu pul Azərbaycanla yarı bölünəcək - Paşinyan

Mehdiyevin Rusiyaya zəngi: DTX yeni gizlinləri açıqladı

İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla