Yuxarı

Bakıda önəmli tədbir: Türk dünyası üçün yeni dövr - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda önəmli tədbir: Türk dünyası üçün yeni dövr - Şərh

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) gələcəkdə Avropa Birliyinin (AB) bənzəri olan bir təşkilata çevrilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclası haqda danışarkən deyib. Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir:

“Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını olduqca mühüm hesab edir. Bu baxımdan belə bir mötəbər tədbirin məhz ölkəmizdə keçirilməsi olduqca vacib hadisədir. Ölkəmiz müstəqilliyin ilk illərindən etibarən hər zaman türkdilli ölkələrlə əməkdaşlıqda maraqlı olub. Bu gün Azərbaycan bütün türk ölkələri ilə çoxsahəli əlaqələrə malikdir. Xüsusilə də milli maraqların üst-üstə düşməsi və tarixi etnik bağları bu əlaqələrin inkişafında əsas amil hesab etmək olar. Bu istiqamətdə türkdilli dövlətlərin siyasi bir təşkilat fonunda görüşməsi münasibətlərin inkişafı baxımından olduqca önəmlidir. Şuranın görüşləri zamanı mədəni, iqtisadi, siyasi məsələlər müzakirə olunur. Bu isə artıq siyasi müstəvidə formalaşan geniş bir platforma deməkdir”.

Politoloq bildirib ki, Türkiyənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından gözləntiləri böyükdür:

“Şura hər zaman Türkiyənin maraq dairəsində olub. Türkiyə uzun illərdir ki, mədəni əlaqələr əsasında qurulan bu birliyin siyasi və iqtisadi cəhətdən daha da təkmilləşməsinə çalışır. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu artıq Bakıda bir çox önəmli görüşlər keçirib. Xüsusilə də Prezident İlham Əliyevlə görüşü zamanı olduqca maraqlı məqamlara toxunulub. Azərbaycan və Türkiyənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının plenar iclaslarında ortaq mövqedən çıxış etməsi əslində digər üzv ölkələr üçün də örnək olmalıdır”.

Tarix
2020.02.06 / 13:05
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla