Yuxarı

Münhendə rüsvay olan Paşinyanın məqsədi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münhendə rüsvay olan Paşinyanın məqsədi...

Baş nazir Paşinyan Münhendə biabırçı və utanc təqdimatından sonra Ermənistana qayıdaraq müxtəlif cəfəng fikirlərlə özünə bəraət qazanmağa çalışır. Halbuki Ermənistan ictimaiyyəti, Ermənistanın ictimai-siyasi xadimləri bu məsələyə öz münasibətlərini bildiriblər və Paşinyanın timsalında Münhen Təhlükəsizlik Konfransında utanc yaşamalarını özləri etiraf ediblər.

Axar.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın Baş naziri arasında baş tutan debata münasibət bildirən Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, hər bir vətəndaşımız və eyni zamanda dünya ictimaiyyəti canlı yayımlanan bu debat çərçivəsində Ermənistanın ifşasının və xüsusən də Paşiyanın özünü utanc vəziyyətə salmasının bir daha şahidi oldu:

“Ermənistanın münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü əsassız iradların və yalanların tamamilə ifşa olunmasının şahidi olduq. Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli, birmənalı və münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyini dünya ictimaiyyətinin diqqətinə bir daha əsaslı dəlillərlə çatdırdı və beynəlxlaq ictimaiyyət bir daha da şahid oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır, Ermənistanın məqsədi yalnız işğala əsaslanan status-kvonu saxlamaqdan ibarətdir. Həmçinin də Ermənistanın iddia etdiyi tezislər yalandan başqa bir şey deyil. İndi də onlar özlərinin bu uğursuz cəhdlərinə, cəfəng fikirlərinə haqq qazandırmaq üçün uğursuz cəhdlər edirlər”.

Tarix
2020.02.24 / 11:46
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla