Yuxarı

Rusiya və Türkiyəni toqquşduran gizli qüvvə... - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və Türkiyəni toqquşduran gizli qüvvə... - Politoloq

Türkiyənin Rusiya ilə yaşadığı gərginlik fonunda İstanbul və Çanaqqala boğazlarını rus gəmilərinin üzünə bağlaması ehtimalı mürəkkəb məsələdir. 1936-cı ildə imzalanmış Montrö sazişində boğazlar məsələsinə baxılıb. Türkiyəyə boğazlarda silahlı qüvvələr saxlamaq, bütün ölkələrin ticarət gəmilərinə isə dinc dövrdə və müharibə şəraitində boğazlardan sərbəst istifadə hüququ verilib. Qara dəniz dövlətlərinin dinc dövrdə, qeyri-məhdud surətdə boğazlardan hərbi gəmilər keçirmək hüququ var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yayımlanan bir məqalədə Ankaranın Rusiya ilə yaranan anlaşılmazlıqlara cavab olaraq İstanbul və Çanaqqala boğazlarından rus gəmilərinin keçidinə məhdudiyyət qoyacağı iddiaları haqda danışarkən deyib. O bildirib ki, bu məsələ Rusiya mətbuatında ermənipərəst qüvvələr tərəfindən şişirdilir:

“Nəzərə almaq lazımdır ki, regionda Türkiyə və Rusiyanın yaxınlaşmasından ən çox Ermənistan narahatdır. Bu gün Türkiyə ilə Rusiya münasibətlərinin pozulması təbii olaraq ən çox ermənilərin maraqlarına uyğundur. Digər tərəfdən bu gün Suriyada siyasi vəziyyət fərqli müstəvidə cərəyan edir. Fərqli qüvvələrin maraqları üst-üstə düşmür. Təbii ki, hər kəs çalışır öz maraqları çərçivəsində hərəkət etsin. Bu baxımdan hər kəs öz imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışır.

Türkiyə son zamanlar kifayət qədər güclənib. Ankaranın Suriyada imkanları çoxdur. Hətta mən deyərdim, Suriyada Türkiyənin imkanları digər qüvvələrin imkanlarından qat-qat artıqdır. Bu baxımdan düşünürəm ki, Türkiyə Suriyada öz maraqlarını kiməsə güzəştə getməyəcək”.

Politoloq sözügedən boğazlarla bağlı atılmış digər tarixi addımları da xatırladaraq bunları deyib:

“1841-ci ildə Londonda keçirilən beynəlxalq tədbirdə Osmanlı dövləti Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransanın imzaladığı razılaşmaya görə, bütün ölkələrin yalnız ticarət gəmilərinin boğazlardan keçməsi barədə razılığa gəlindi. Daha sonra isə Lozanna konfransında (1923) boğazlar məsələsi yenidən müzakirəyə çıxarıldı. Konfrans zamanı Sovet nümayəndə heyəti ticarət gəmilərindən başqa, bütün dövlətlərin hərbi gəmilərinin boğazlardan buraxılmamasını təklif etdi. İngiltərə isə boğazların demilitarizasiyasını, bütün dövlətlərin hərbi və ticarət gəmilərinin boğazlardan keçməsini istəyirdi. Bağlanmış sazişə görə, boğazlara nəzarət xüsusi beynəlxalq komissiyaya tapşırıldı. Bütün dövlətlərə müharibə və sülh şəraitində boğazlardan sərbəst surətdə ticarət və hərbi gəmiləri bəzi məhdudiyyətlərlə keçirmək hüququ verildi. Türkiyə müharibədə iştirak edərsə, boğazlardan hər hansı bir gəminin keçməsinə icazə verilib-verilməməsini özü həll etməli, müharibədə özü iştirak etmədikdə isə digər döyüşən dövlətlərin hərbi gəmiləri boğazlardan keçməməli idi.

Türkiyənin bu gün boğazlar üzərindəki əsas haqqı isə İkinci Dünya müharibəsindən sonra keçirilən Podstam konfransında Montrö sazişinə edilən dəyişikliklərə əsaslanır. Bu müqaviləyə əsasən, bütün xarici ölkələrin ticarət və hərbi gəmilərinin boğazlardan sərbəst keçməsinə icazə verilir. Türkiyə yalnız təhlükə yarandıqda boğazları hərbi gəmilərə bağlaya bilər. Qeyd edim ki, Montrö sazişi indiyədək qüvvədir”.

Tarix
2020.02.24 / 15:17
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla