Yuxarı

Kılıçdan sərt açıqlama: Siyasi əxlaqsızlığın son həddidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kılıçdan sərt açıqlama: Siyasi əxlaqsızlığın son həddidir

Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma "prezident və parlament” seçkilərinin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə təhqirdir.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Bu saxta "seçkilərin” Azərbaycanlıların Soyqırımı Gününə təyin olunmasını erməni riyakarlığının növbəti təsdiqi kimi dəyərləndirən səfir deyib: "Separatçı rejimin növbəti qanunsuz addımı açıq-aydın BMT və ATƏT-in Minsk Qrupuna qarşı hörmətsizlikdir. Bütün bu hüquqazidd əməllərin məsuliyyətini işğalçı Ermənistan daşıyır. Ermənistan hakimiyyəti bir tərəfdən dünya ictimaiyyətini aldadır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Digər bir tərəfdən isə Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlayır və başqa bir ölkənin ərazisində qondarma "seçkilərin” keçirilməsinə şərait yaradır. Beynəlxalq hüquqa zidd olan bütün bu hadisələrin yaranmasının səbəbi dünyadakı ikili standartlardır”.

Ermənistanın işğalçı siyasətinin Qafqazda sülhə və inkişafa təhdid kimi dəyərləndirən səfir vurğulayıb ki, regionda baş verə biləcək bütün xoşagəlməz hallara görə, məsuliyyəti Ermənistan və ona havadarlıq edən qüvvələr daşıyır.

Tarix
2020.04.01 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla