Yuxarı

Böyük nailiyyətlər əldə edildi - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük nailiyyətlər əldə edildi - Prezident

Xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edərkən xalqa müraciətində deyib.

Prezident bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edildiyini və onların böyük əksəriyyətinin karantinə yerləşdirildiyini bildirib:

“Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər”.

Tarix
2020.04.06 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla