Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
5 İyul 2020


Dünya liderləri İlham Əliyevi təbrik edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:09

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

Möhtərəm cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Rumıniya ilə Azərbaycan arasındakı dialoqun və əməkdaşlığın inkişafı strateji tərəfdaşlığın institusional çərçivəsində davam edəcəkdir. İkitərəfli iqtisadi əlaqələrin, o cümlədən regional əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində aparılan dialoqun gücləndirilməsi və şaxələndirilməsi qarşılıqlı münasibətlərimizin mühüm istiqamətlərini təcəssüm etdirir.

Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin.

***

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan Respublikasının xalqını səmimi qəlbdən təbrik edirəm.

Ortaq tarixi, mədəni və dini dəyərlərə malik olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası geniş əməkdaşlıq və investisiya imkanlarına malikdirlər. Ölkələrimizdə mövcud olan siyasi iradəyə əsaslanaraq, göstərilən birgə səylər və qarşılıqlı dəstək sayəsində xalqlarımızın rifahı və mənafeyi istiqamətində böyük addımlar atıla bilər.

Ümidvaram ki, bütün dünyada və ölkələrimizdə koronavirusa qalib gələrək, ikitərəfli münasibətləri inkişaf etdirmək və razılaşmaları həyata keçirməklə beynəlxalq və regional miqyasda müxtəlif sahələrdə birgə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram”.

***

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanının Kralı

***

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkələrimizin COVID-19-la mübarizəni davam etdirdiyi, vətəndaşlarımızın həyatı və rifahı üçün onun mənfi nəticələrinin məhdudlaşdırılmasına çalışdığımız bir dönəmdə milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.

Bütün mövzularda, xüsusən də qlobal məsələlərdə dialoqumuzun güclənməsindən çox məmnunam. Pandemiya həqiqətən qarşımıza qoyduğumuz sağlamlıq, sosial, iqtisadi və təhlükəsizlik məsələlərinə ortaq cavab tapmaq üçün birlikdə işləməyin lazım olduğunu bizə xatırladır. Cənab Prezident, bu baxımdan Qoşulmama Hərəkatının sədri olaraq xalqın xeyrinə konkret və innovativ təşəbbüslərin inkişafına fəaliyyətinizlə verdiyiniz töhfələr təqdirəlayiqdir.

Münasibətlərimizin yaxınlığı istər iqtisadi, istərsə də mədəniyyət və təhsil sahələrində birlikdə həyata keçirdiyimiz layihələrin sayında və keyfiyyətində də özünü göstərir. Yüksək diqqət və qayğısına görə şəxsən Birinci vitse-prezidentə borclu olan Fransız-Azərbaycan Universitetinin (UFAZ) artan uğuru, əlbətdə buna bariz nümunədir.

Cənab Prezident, icazə verin, Minsk qrupunun həmsədri Fransanın adından, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin "müharibə xəstəliyi" adlandırdığı işi sona çatdırmaq çağırışını davam edim. Bu baxımdan, Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləmək öhdəliyinə arxalana bilərsiniz.

Cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".

***

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Vork Zevde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

“Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Eyni zamanda, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlərin qarşıdan gələn illər ərzində güclənməkdə davam edəcəyinə əminliyimi ifadə edirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram”.

Bundan başqa, Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir: “Cənab Prezident.

Dost və qardaş Azərbaycan xalqının milli bayramını qeyd etdiyi bu gündə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.

Mənimlə yanaşı Cibuti xalqı və hökuməti də ölkənizin milli bayramı münasibətilə qardaş Azərbaycan xalqına rəğbətini və dost münasibətini ifadə edir. Səmimi qəlbdən ümid edirəm ki, Sizin liderliyinizlə başlanmış inkişaf layihələri ölkəniz və xalqınız üçün daha çox tərəqqi və rifah gətirəcəkdir.

Cibuti Respublikası bir çox ortaq dəyər və bənzərlikləri olan Azərbaycanla əlaqələrin, xüsusilə ticarət dövriyyəsinin səviyyəsini daha da artırmaq niyyətindədir. Cənab Prezident, əmin ola bilərsiniz ki, Cibuti xalqı və hökuməti ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün hər zaman lazımi kömək göstərməyə hazırdır.

Sizə və bütün xalqınıza bir daha ən xoş arzularımı çatdırıram. Cənab Prezident, xahiş edirəm ən səmimi təbriklərimi qəbul edin”.

Tarix
2020.05.26 / 22:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Bakıdan ABŞ-a təbrik mesajı

Mnatsakanyan görüşdən dərhal sonra Qarabağa gəldi

İlham Əliyev 5 fərman, 1 sərəncam imzaladı

İlham Əliyev Trampa məktub göndərdi

Müharibə hazırlığı: Cavab elə ağır olacaq ki, İrəvan... - Deputat

Bakı yeni islahatlara hazırlaşır: nələr dəyişəcək?

Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama

Prezident Şərq-Qərb dəhlizindən danışdı

Prezident açıqladı: Bu layihə qitələri birləşdirir

Əşrəf Qani: Məqsədimiz Azərbaycandan Əfqanıstana...

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla