Yuxarı

Axar.Az Logo carnation

AMB-nin lotoreyasında 300 şəxs qalib oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMB-nin lotoreyasında 300 şəxs qalib oldu

Bu ilin mayın 15-nə Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) “Visa Beynəlxalq Xidmət Assosiasiya”nın dəstəyi ilə cəmiyyətdə nağdsız ödənişlərə marağın artırılması məqsədilə həyata keçirilən, mart və aprel aylarını əhatə edən “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajı oynanılıb.

Bu barədə Axar.az-a quruma istinadən xəbər verir.

Məlumata görə, lotereya Mərkəzi Bank ilə “Visa Beynəlxalq Xidmət Assosiasiya”sı arasında imzalanmış memorandum çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilib.

Lotereya dövründə Azərbaycan bankları tərəfindən emissiya edilmiş “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir. Bu dövrdə uduş məbləği 100 manat olmaqla, ümumilikdə 300 şəxs qalib olub.

Qeyd edək ki, I tiraj dövrünü əhatə edən mart ayında lotereya şərtlərinə uyğun olan 182 002 ödəniş kartı ilə aparılmış 867 690 əməliyyat, II tiraj dövrünü əhatə edən aprel ayında isə müvafiq olaraq 159 348 ödəniş kartı ilə aparılmış 762 029 əməliyyat lotereyada qalib olmaq şansı əldə edib.

Belə ki, cari ilin mart-aprel ayları ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 17,5 milyona, həcmi isə 977,3 milyon manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 71% və 39% artım deməkdir. Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində təbliğat və təşviqat tədbirləri davam etdiriləcəkdir.

Lotereya üzrə qaliblərin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində tanış olmaq olar: https://www.cbar.az/page-179/pay-with-visa-and-ear...

Tarix
2020.06.04 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla