Yuxarı

Əliyevin gəlişi ilə düşmənə zərbələr başladı - Usubov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin gəlişi ilə düşmənə zərbələr başladı - Usubov

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin vaxtında orduda həm peşəkarlığın artırılması, həm müasir silahlarla təchizat, həm də sosial problemlərin həlli sahəsində çox ciddi işlər görülüb.

Axar.az Reort-a istinadən xəbər verir ki, bunu Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bildirib.

O qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan Ordusunda vəziyyət heç də ürəkaçan olmayıb:

“Təəssüflə qeyd etməliyəm ki, ordumuz, Silahlı Qüvvələrimiz həm kifayət qədər silah təchizatında geri qalırdı, həmçinin orduda nizam-intizam, orduda peşəkarlıq, vahid rəhbərlik faktiki olaraq çox aşağı səviyyədə idi. Bu da düşmənə qarşı mübarizədə öz mənfi təsirini göstərirdi”.

Təhlükəsizlik Şurasının katibi deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Ermənistan ordusuna zərbələr vurulmağa başladı:

“Azərbaycan Ordusunun formalaşması suverenlik dövrümüzdə məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ordu Heydər Əliyevin rəhbərliyi ilə formalaşmağa başladı. Və qısa müddət ərzində Azərbaycan Ordusunda, Silahlı Qüvvələrdə köklü dəyişikliklər getməyə başladı, nizam-intizam yüksəldi, milli vətənpərvərlik hissi artdı, düşmənə müqavimət gücləndi və 1994-cü ilin ilk aylarında Azərbaycan Ordusu Ermənistan Ordusuna zərbələr vurmağa başladı, onların hücumunun qarşısı alındı”.

R.Usubov həmçinin Silah Qüvvələr Günü münasibətilə veteranları təbrik edib:

“Veteranlarımızı bu bayram günündə təbrik edirəm. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların böyük xidmətləri var. Vətən yolunda, vətənin azadlığı yolunda şəhid olan insanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik”.

Tarix
2020.06.25 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan 5 postu Azərbaycana təhvil verdi - Xəritə

18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla