Yuxarı

İrəvanın gülünc bəyanatı: nazir işğalçıya yerini göstərdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın gülünc bəyanatı: nazir işğalçıya yerini göstərdi

Ermənistan rəsmilərinin son vaxtlar səsləndirdikləri cəfəng fikirlər bu ölkədə yaşanan siyasi böhranın təzahürüdür.

Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Müdafiə naziri Hulusi Akarın “Anadolu” agentliyinə açıqlamasında Ermənistanın həddini aşan işlərə təşəbbüs göstərməsi haqda dediyi sözləri şərh edərkən bildirib.

Politoloq deyib ki, Ermənistan bəzən Rusiyanın forpostu olduğunu unudub, regional gücə malik ölkələr kimi gülünc bəyanatlar verir:

“Hulusi Akarın “Ermənistan boyunu aşan işlərə təşəbbüs göstərir” ifadəsi rəsmi İrəvanın Türkiyənin bir müddətdir Egey dənizində Yunanıstanla yaşadığı gərginliyə münasibət bildirməsi ilə əlaqədardır. Hətta məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi “Egey dənizi Sevan gölü deyil” deyə bir bəyanat da vermişdi. Yəni Ermənistan hazırda regionda elə bir ölkə deyil ki, Egeydə və ya dünyanın istənilən bir regionunda baş verən prosesə münasibət bildirsin.

Bu gün Ermənistan Türkiyəni özü üçün real düşmən hesab edir. Həm rəsmi İrəvanın Türkiyəyə torpaq iddiaları, həm 1915-ci il hadisələri ilə bağlı ortaya atılan qondarma fikirlər, həm də anti-Türkiyə bəyanatları bir daha onu göstərir ki, Ermənistan-Türkiyə münasibətləri çətin ki nə vaxtsa bərpa olunsun”.

Tarix
2020.08.28 / 17:04
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla