Yuxarı

Neçə faiz ərazimiz işğaldan azad edilib? – Ekspertlər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neçə faiz ərazimiz işğaldan azad edilib? – Ekspertlər

Rəsmi açıqlamalara əsasən, Azərbaycan Ordusu sentyabrın 27-dən bəri 3 rayon və 100-ə yaxın kəndi işğaldan azad edib. Bəs görəsən, bu ərazilər işğal edilmiş torpaqlarımızın neçə faizini təşkil edir?

Axar.az xəbər verir ki, ekspert Qubad İbadoğlu işğal altında olan torpaqlarımızın təxminən 16,5%-nin artıq azad edildiyini bildirib:

“Bu müharibədə ərazimizin 20 faizə qədəri işğal edilmişdi. İşğal ərazisi 12 min kv/km. ötürdü. Bu ərazinin hələ də 6-da 5-i, yəni 83.4%-i işğal altındadır. İnşallah, tezliklə onlar da azad olunar”.

Hərbi eksperti Üzeyir Cəfərov isə məsələyə yalnız “faizlə” yanaşmanın yanlış olduğunu deyib. O, azad edilən yerləri hərbi nöqteyi-nəzərdən qiymətləndirməyi doğru sayıb:

“Ordumuz Qarabağ ətrafında olan strateji əhəmiyyətli obyektləri artıq azad edib. Azad edilən bu ərazilərimizdə düşmən uzun illərdir mühəndis-istehkam və digər qurğular quraşdırmışdı. Azərbaycan əsgəri həm şimal, həm də cənub istiqamətində onları ələ keçirib. Bununla da bizim üçün vacib olan əsas istiqamətlər düşməndən azad edilib. Əks-hücum əməliyyatında komandanlıq çətini qoyub, asandan yapışmır. Bəziləri Ağdamın adının çəkilməməsindən narahatdır. Amma hazırda bizim üçün əsas strateji yerlərdir. Bu gün düşmən strateji əhəmiyyətli Cəbrayılı, Füzulini, Hadrutu, Zəngilanı itirib. İnşallah, yaxın vaxtlarda Qubadlı ilə bağlı da xoş xəbərlər olar. Bəzən düşmənin işğal olunmuş torpaqlarımızda qalmaq imkanı olmur. Silah-sursat, ərzaq yardımı olmadığı üçün ermənilər texnikanı qoyaraq ya qaçır, ya da təslim olur”.

Tarix
2020.10.21 / 16:14
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

Bakı və İrəvan arasında sülh sazişinin yeri və tarixi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla