Yuxarı

Ermənistan rəhbərliyi savadsız insanlardan ibarətdir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan rəhbərliyi savadsız insanlardan ibarətdir

Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində deyib

"Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb. Biz məqsədə çatmaq üçün ardıcıl surətdə gedirik. Ermənistan rəhbərliyinin hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər ki, Dağlıq Qarabağ “müstəqil dövlət”dir. Gah deyirdilər ki, “Dağlıq Qarabağ Ermənistan”dır. Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa bilər? Bu, nəyi göstərir? Onu göstərir ki, Ermənistan rəhbərliyi savadsız, siyasətdən başı çıxmayan insanlardan ibarətdir. Yaxşı, bu, müstəqil dövlətdirsə, onda sənin ordun orada nə iş görür? Əgər bu, müstəqil dövlətdirsə, - hansı ki, heç kim tanımayıb, elə birinci Ermənistan tanımayıb, - o necə ola bilər ki, Dağlıq Qarabağ Ermənistanın baş nazirinin sözləri ilə desək, “Ermənistandır və nöqtə”. Ona görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu idi bizim qarşımızda duran ölkə", - Prezident qeyd edib.

Tarix
2020.12.01 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla