Yuxarı

Paşinyan əks-hücuma keçdi: Bizə də bu lazımdır - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan əks-hücuma keçdi: Bizə də bu lazımdır - Video

09:00

Paşinyan seçki tezisi ilə müxalifəti çətin vəziyyətə sürükləyib. Müharibədə məğlub olan Paşinyan bir müddət müxalifətin təzyiqi ilə üzləşdi, indi isə əks-hücuma keçib. Müxalifət seçki istəmir. Səbəbi sadədir. Müxalifət seçki nəticəsində hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamayacağını proqnozlaşdırır. Ona görə də Paşinyan müxalifətin zəif damarından basır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın ötən gün parlamentdəki çıxışına münasibətində bildirib.

Ekspert qeyd edib ki, Paşinyan Qarabağ mövzusunda Minsk Qrupu çərçivəsində status danışıqlarına başlanılmasının da tərəfdarı olduğunu dedi:

“Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da onun kimi düşündüyünü vurğuladı.

Daha sonra, Paşinyan yenidən əsirlər mövzusunda toxunaraq, bu mövzunun daima gündəmdə olmasının Ermənistanın maraqlarına zidd olduğunu söylədi. Yəni Paşinyan demək istədi ki, əsirləri qaytarmağa çalışsa da, bu, alınmır və bu mövzunun daim müzakirə olunması Ermənistana əlavə problemlər yaradır. Başqa sözlə, Paşinyan ona işarə etdi ki, əsirlər mövzusu erməni cəmiyyətini parçalayır”.

Politoloq Paşinyanın Qarabağda rusiyalı sülhməramlılarının varlığını müsbət qiymətləndirməsinə də diqqət çəkib:

“Beləliklə, zaman geçdikcə Paşinyan erməni ictimaiyyəti qarşısında məğlub sindromundan qurtulmağa və fəallığını artırmağa çalışır. Paşinyan parlamentdə müxalifətin istənilən sualını cavablandıra biləcəyini göstərməyə çalışır. Əslində isə Paşinyan faktiki məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur. Bizə də elə bu lazımdır”.

Tarix
2021.01.21 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla