Yuxarı

Azay Quliyev missiya rəhbəri kimi Albaniyaya gedir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev missiya rəhbəri kimi Albaniyaya gedir

Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniya Respublikasında keçiriləcək parlament seçkilərini ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində müşahidə etmək üçün aprelin 20-də bu ölkəyə səfər edəcək.

Axar.az xəbər verir ki, o, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 130 yaxın beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.

ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Albaniyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.

Aprelin 25-də isə Azay Quliyev seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.

Aprelin 26-da Azay Quliyev parlament seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək.

Səfər aprel ayının 27-i yekunlaşacaq.

Qeyd edək ki, Azay Quliyev bu il martın 25-də ATƏT-in sədri və İsveç Krallığının xarici işlər naziri Ann Linde tərəfindən 25 apreldə Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib.

Tarix
2021.04.19 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla