Yuxarı

Azərbaycan Qafqazda açar ölkəyə çevrildi - Türk professor

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Qafqazda açar ölkəyə çevrildi - Türk professor

İkinci Qarabağ müharibəsindən sonra Qafqaz yeni bir geosiyasətin qurulmasına şahidlik edir. Şübhəsiz ki, bu yeni mərhələdə bölgənin təhlükəsizliyinin, rifahının və sabitliyinin ortaq əməkdaşlıq təməli üzərində qurulması planlaşdırılır.

Bu sözləri Axar.az-a Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

O bildirib ki, bölgədə yenə müxtəlif məsələlərdə olan qeyri-müəyyənliklər gündəmdə qalmağa davam edir:

“Xüsusilə Ermənistanın daxili siyasətindəki böhranlar, onun Qarabağa olan təxribatçı münasibəti və bəzi regional və regiondan kənar aktorların burada "həvəsləndirici" rolu sülhün bərqərar edilməsindəki əsas çətinliklərdəndir. Son dönəmdə Minsk Qrupu daxilində gündəmə gətirilən bir sıra təkliflər bu çərçivədə qiymətləndirilə bilər. Fransa başda olmaqla, bəzi Qərb mərkəzli aktorlar İrəvan və erməni diasporu vasitəsilə sülh mərhələsini dalana dirəmək istəyir”.

Alimin sözlərinə görə, buradakı əsas hədəf türk dünyasının geosiyasətidir:

“Çünki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə gücünün artması Qafqaz bölgəsini Xəzər və ətrafındakı bölgələr (xüsusən Orta Asiya) kontekstində Avrasiya geosiyasətinin qəlbgahlarından birinə çevirdi. Son müharibə ilə Azərbaycan enerji və nəqliyyat (tranzit) təhlükəsizliyi kontekstində Qafqaz bölgəsində açar ölkə oldu. Azərbaycan bunu cəbhədəki hərbi uğuru ilə möhürlədi. Şübhəsiz ki, Azərbaycanın artan əhəmiyyəti və gücü bəzi regional və qeyri-regional gücləri narahat edir”.

Professor Türkiyənin bütün bu proseslərdən xəbərdar olduğunu, bundan sonra da Azərbaycana qarşı hər hansı bir fəaliyyətə imkan verməyəcəyini qeyd edib:

“Türkiyə sonunadək başda ərazi bütövlüyü olmaqla, qardaş Azərbaycanın müstəqilliyinin, suverenliyinin və mənafelərinin qorunması üçün hər cür dəstəyi davam etdirəcəkdir”.

Tarix
2021.06.03 / 11:37
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla