Yuxarı

İrəvana 2,6 milyard, Bakıya 145 milyon? Səbəb nədir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana 2,6 milyard, Bakıya 145 milyon? Səbəb nədir?

Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinə yaxın 5 il üçün ayırdığı 17 milyard avro yardım ciddi şəkildə müzakirə olunmaqdadır.

Axar.az xəbər verir ki, 2 iyulda qəbul edilən qərarın detalları ictimaiyyətə tam açıqlanmayıb və bu da ciddi informasiya qırlığı və yanlış nəticələrə səbəb olub. Şərq Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqaz ölkələri içərisində ən çox vəsaitin Ermənistana ayrılması barədə iddiaların yaranmasına da səbəb budur.

Bu barədə saytımızın AB-nin Bakı nümayəndəliyinə göndərdiyi sorğuya da 3 gündür cavab verilməyib. Maraqlıdır ki, AB tənqidlərə baxmayaraq, situasiyanı aydınlaşdırmaq və səbəbləri izah etməkdə maraqlı görünmür. Bu isə ayrılan vəsaitdə doğrudan da ikili standartlar olduğu təəssüratını gücləndirir.

Əldə etdiyimiz məlumatda isə əslində ən çox vəsaitin Ukraynaya ayrıldığı qeyd olunur. Cənubi Qafqaz ölkələrində də ən böyük yardımı Gürcüstan alacaq – 3,9 milyard avro. Ermənistana əvvəlcə 1,6 milyard avro yardım ayrılsa da, sonradan daha 1 milyard faizsiz kredit verilməsi qərara alınıb.

Vəsaitlər hissə-hissə, 5 il müddətində köçürüləcək.

Bəs, niyə Cənubi Qafqaz ölkələri arasında Gürcüstana 3,9 milyard, Ermənistana 1,6+1 milyard, Azərbaycana isə 145 milyon avro yardım nəzərdə tutulur?

İqtisadçı ekspertlər (o cümlədən Natiq Cəfərli) hesab edir ki, buna səbəb Gürcüstan və Ermənistanın AB ilə assosiativ saziş imzalamasıdır. Gürcüstan daha üst, Ermənistan isə alt səviyyədə saziş imzaladığı üçün yardım da buna uyğun ayrılıb. Azərbaycan isə hələ AB ilə müqavilə imzalamadığı üçün yardım da simvolikdir.

İlk baxışda olduqca əsaslı arqumentdir. Ancaq bu suallar açıq qalır:

1. Belarus nəinki AB ilə saziş imzalayıb, hətta AB-nin Şərq Tərəfdaşlığı proqramından rəsmən çıxdığını elan edib. Bəs, necə olur ki, Şərq Tərəfdaşlığından imtina edən Belarusa 850 milyon civarında, Şərq Tərəfdaşlığında fəaliyyətini davam etdirən və AB ilə müqavilə şərtlərinin artıq 90 faizini razılaşdıran Azərbaycana 145 milyon avro yardım təklif edilir?

2. AB Şərq Tərəfdaşlığı ölkələrinə (Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan) vəsaiti hansı prinsiplə ayırdığını niyə elan etmir?

3. Bu layihənin tam mətni və ölkələr üzrə ayrılan vəsait niyə əlçatan deyil? Niyə indiyə qədər detallı məlumat yayılmır?

4. AB-nin yerli nümayəndəlikləri bu yöndən sorğuları niyə cavablandırmaq və ayırmalardan narazı olan ölkələrdəki anlaşılmazlıqlara aydınlıq gətirmək istəmir?

Bu suallara cavab tapılsa, mənzərə aydınlaşar...

Tarix
2021.07.29 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla