Yuxarı

Türk Dövlətləri Birliyi: yeni regional güc yaranır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Şurası Türk Dövlətləri Birliyi olaraq beynəlxalq təşkilata çevrilir: gələn ay Ankara Zirvəsində məsələ həll ediləcək və Türkmənistan tamhüquqlu üzv olacaq; beləliklə, 6 ölkənin tam hüquqlu olduğu TDB yaradılacaq; 15 ölkənin müşahidəçi üzv olacağı gözlənilir;

Türk Şurasının adının dəyişdirilməsi və beynəlxalq təşkilata çevrilməsinin strateji hədəfləri var:

Birincisi, Çindən Avropaya uzanan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzərində yerləşən ölkələri bir çətir altına toplamaq və dəhlizin təhlükəsizliyini təmin etmək;

İkincisi, post-sovet məkanında “rus ittifaq”larına alternativ yaratmaq.

Qarabağ müharibəsi və Zəngəzur dəhlizi layihəsi “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizini aktuallaşmasından qaynaqlanırdı: Ankara və Bakı geosiyasi dəyişikliyi doğru oxumağı və bu dəyişiklikdə aparıcı oyunçular olmağı bacardı.

Mərkəzi Asiya üzərindən Azərbaycana, burada Türkiyəyə və Avropaya uzanan Orta dəhlizdə Ankara yeni regional gücə çevrilir: TDB bu coğrafiyadakı ölkələri birləşdirən çətir olacaq.

Təşkilatın beynəlxalq status alması hədəflənsə də adın Türk Dövləti Birliyi olaraq seçilməsi səbəbsiz deyil:

- Rusiyanın faktiki liderlik etdiyi Müstəqil Dövlətlər Birliyinə alternativ yaradılır və MDB arxa plana keçir;

- “Rus ittifaqları”nda yer alan türkdilli ölkələr Moskvanın qarşısında alternativ güc əldə edirlər və bu, həm onların, həm də Ankaranın siyasi manevrləri üçün əhəmiyyətlidir;

- Türkiyə Cənubi Qafqazda olduğu kimi Mərkəzi Asiyada da Rusiya ilə əməkdaşlıqda maraqlıdır, lakin rusları hesablaşmağa məcbur etmək üçün güc balansı tarazlaşdırılmalıdır: TDB buna imkan verəcək;

- Rusiya iki seçim arasındadır: birincisi, Çinə qarşı ABŞ-la əməkdaşlıq etmək (Çinin SSRİ-yə qarşı strategiyasının təkrarlanması); ikincisi, post-sovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmaq; ruslar hər iki seçimə “stavka” edir, hərçənd, türklərlə anlaşmağa məcbur olacağı ehtimalı daha böyükdür;

- TDB Turan ideologiyasının yeni formasiyada təzahürüdür: heç bir ölkəyə qarşı deyil, əksinə bütün tərəflərlə əməkdaşlıqda maraqlıdır.

Türkiyə TDB ilə türk dövlətlərini bir çatı altında toplamaqla yanaşı, təşkilatı beynəlxalq statusa yüksəltmək niyyətindədir və bununla iki hədəfə nail ola bilər:

1. “Dünya beşdən böyükdür” strategiyasında əli güclənəcək: Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasına, yaxud qərarların qəbulunda üzv ölkələrin səsinin də həlledici olması istiqamətində mövqeyini davam etdirəcək; beynəlxalq platformalarda həlledici oyunçuya çevriləcək;

2. Türkdilli olmayan ölkələrin TDB-yə müşahidəçi üzvlüyünə yol açılır: Macarıstan artıq presedentdir və müşahidəçi üzvlük üçün gözləyən 15 ölkə arasında Pakistan və Ukraynanın da ola biləcəyi istisna deyil.

TDB yaradıldıqdan sonra mümkün gözləntilər:

a) TDB-nin tamhüquqlu üzvləri arasında Şuşa Bəyannaməsinə bənzər (hərbi müttəfiqlik indiki dövrdə istisna olsa da) müqavilə imzalana bilər;

b) Hərbi sahədə ikitərəfli əməkdaşlıqlar daha da artacaq, xüsusilə hərbi sənaye sahəsində;

c) TDB-nin ortaq hərbi sənaye mərkəzinin Bakı olacağı istisna deyil: Azərbaycanda PUA sahəsində birgə istehsal müəssisəsinin yaradıla biləcəyi gözlənilir;

ç) Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışı üçün Transxəzər layihəsi aktuallaşa bilər: Türkiyənin Azərbaycanla Xəzərdə birgə təlimi təsadüfi deyildi; növbəti təlimlərin digər türkdilli ölkələrlə birlikdə olması da istisna deyil;

d) TDB post-sovet məkanında münaqişələrin həllində vasitəçilik platformasına da çevrilə bilər.

Proseslər geosiyasi mənzərədə həlledici ola biləcək yeni regional gücün formalaşdığı yönündədir: Bakı bu gücün mərkəzindədir.

Tarix
2021.09.15 / 18:16
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla