Yuxarı

Metyu Brayza: Paşinyan onlara qulaq asmaqla səhv etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əsgərləri İkinci Qarabağ müharibəsi, xüsusən də Şuşa şəhərinin azad ediməsi zamanı böyük qəhrəmanlıq, peşəkarlıq və məqsədyönlülük nümayiş etdirib.

Axar.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O, İkinci Qarabağ müharibəsini texnoloji baxımdan qiymətləndirərkən bildirib ki, yüksək innovativ texnologiyalar, Türkiyə və İsrail istehsalı oluna pilotsuz uçuş aparatları taktika və tammiqyaslı əməliyyatlarla birgə düşmənə dağıdıcı təsir göstərdi.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin texnoloji üstünlüyü Ermənistanda olan və çox asanlıqla məhv edilən sovet və Rusiya silahlarının üstünlüklərini sual altına qoydu:

"Bu onu göstərir ki, müharibələr yeni mərhələyə qədəm qoyur, stasionar silahlar, hətta tanklar öz əhəmiyyətini itirir. Qoşun və texnikanı müdafiə etməyə imkan verən radioelektron mübarizə vasitələrini inkişaf etdirmək imkanları mövcuddur".

M.Brayza xatırladıb ki, ATƏT Minsk Qrupunun həmsədri olarkən, Azərbaycan və Ermənstanın həmsədrlərin köməyi ilə hazırlamağa çalışdığı əsas formul "sülh müqabilində torpaqlar" formulu idi. Onun sözlərinə görə, bu, onu ifadə edirdi ki, əgər Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarsa, Azərbaycan dayanıqlı sülhün bərqərar olması üçün dünya ictimaiyyəti ilə əməkdaşlıq edəcək:

"Amma iki il əvvəl, 2019-cu ilin yazında və avqustunda Ermənistanın Baş naziri Nikol Paşinyan və müdafiə naziri bu formulu ictimai şəkildə rədd etdilər və "yeni ərazilər uğrunda yeni müharibə" formulunu bəyan etdilər. Erməni diasporunun ən radikal millətçi fraksiyası olan Amerika Erməni Milli Komitəsi Paşinyanı daha sərt siyasət yürütməyə və müharibə ilə hədələməyə çağırırdı. Fikrimcə, Paşinyan onlara qulaq asmaqla səhv addım atdı və hesab etdi ki, ABŞ və Rusiyada erməni diasporu müharibə olacağı təqdirdə Ermənistana kömək edəcək və qələbəni təmin edəcək. Bu, böyük səhv idi".

Sabiq səfir hesab edir ki, Cənubi Qafqazda möhkəm sülhə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra nail olmaq olar:

"İndi Paşinyan üçün siyasi baxımdan bu addımı atmaq mümkün deyil, çünki onun bir çox siyasi opponenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı qəbul etmir. Belə ki, orada Azərbaycan üçün qəbuledilməz olan Qarabağın mümkün statusu barədə heç bir xatırlatma yoxdur. Əgər Paşinyanın opponentləri üçtərəfli bəyanatla razılaşmasa, sülh müqaviləsinin imzalanması qeyri-mümkün olacaq. Möhkəm sülh yalnız Ermənistanda siyasi əhval-ruhiyyənin dəyişməsindən və erməni siyasətçilərin Türkiyə və Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasının vacibliyini anlamasından sonra əldə oluna bilər. Əlaqələrin bərpası Ermənistanın iqtisadi artımını təmin edə, yeni iş yerləri aça və ölkəni regional iqtisadiyyata inteqrasiya edə bilər. Buna qədər isə Ermənistan münaqişənin başa çatması ilə açılan yeni imkanlardan tam yararlana bilməyəcək".

Tarix
2021.09.26 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla