Yuxarı

Hacıyev: Ermənistan ciddi və pozitiv addımlar atmalıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyev: Ermənistan ciddi və pozitiv addımlar atmalıdır

Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır.

Axar.az xəbər verir ki, bunu Suqovuşanda Trend-ə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası delimitasiya və demarkasiya prosesinə hazırdır. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasında Azərbaycanın bununla bağlı mövqeyini açıqladı:

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına və delimitasiya prosesinə başlamağa hazırdır. Sülh müqaviləsi ilə bağlı prosesdə isə ilk növbədə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır".

Kommunikasiya xətlərinin açılması məsələsindən də danışan Hikmət Hacıyev bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli müzakirələr aparılır:

"Bu istiqamətdə intensiv görüşlər keçirilib, amma Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır".

Qeyd edək ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə də tanışlıqdır.

Tarix
2021.10.16 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla