Yuxarı

Azərbaycan Şimali Kipri tanıya bilərmi? - Tatar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Şimali Kipri tanıya bilərmi? - Tatar

Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanıması ilə bağlı təmaslar mövcuddur.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

“Bununla bağlı mənim Azərbaycanla əlaqələrim var. Kipr Sülh Hərəkatının ildönümündə Azərbaycandan bir qrup millət vəkili ölkəmizə gəldi. Bizə hər cür yaxınlıq və səmimiyyətlərini ifadə edirlər. Təbii ki, bəzi beynəlxalq problemlər ola bilər. Öz iqtisadi və siyasi münasibətlərinin korlanmaması üçün belə bir mövqedə dayanıblar. Amma bizim könül və qardaşlıq əlaqələrimiz mövcuddur. İnanıram ki, yaxın gələcəkdə qeyd etdiyimiz məsələ ilə bağlı bəzi proseslər olacaq. Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri bilirik. Türkiyə onsuz da bu məsələdə Şimali Kipri dəstəkləyir. Azərbaycanla Türkiyə arasında münasibətlər qardaşlıq fonunda inkişaf edib. Bəli, biz də (Kipr türkləri) Azərbaycanla qardaşıq. Mən həmişə bunu demişəm. Bu qardaşlıq “bir millət, üç dövlət”ə qədər gedən yoldur. Mən bunu həmişə demişəm və cavab gözləyirəm”, - Tatar bildirib.

Tarix
2021.12.25 / 13:30
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Deqati Makrona məktub yazdı: Vətənimdə qətliamdır!

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla