Yuxarı

İlham Əliyev Klaus Şvabla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:08

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında uğurlu əməkdaşlığın aparıldığı və bu əməkdaşlığa hər iki tərəfdən böyük önəm verildiyi qeyd olunub.

Klaus Şvab Azərbaycanın Dünya İqtisadi Forumunun yeni təşəbbüslərinə, o cümlədən Dördüncü Sənaye İnqilabı sahəsində yeni layihələrə qoşulmasını məmnunluqla qeyd edib.

Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin uğurlu fəaliyyəti xüsusi vurğulanıb və bunun Davos İqtisadi Forumu ilə əməkdaşlığın müxtəlif aspektlərinin daha da genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Klaus Şvab Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini xüsusi vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Tarix
2023.01.19 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana rəsmi sorğu göndərəcəm - Valuyev

Ukraynadan sonra Rusiyanın hədəfi İrəvandır - Saakaşvili

Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı...

Azərbaycan bu ölkə ilə quru sərhədləri açır

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

Ərdoğan: İsrail 100 milyard dollar ödəməlidir

Bayramov Marko Ştutsinlə görüşdü

Valuyevin Azərbaycana girişinə qadağa qoyuldu - Rəsmi

Azərbaycan 54 ortagəlirli ölkələr sırasındadır

Vardanyanın cinayət işi: növbəti məhkəmə prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla