Yuxarı

Volski açıqladı: Bakı-İrəvan üçün ən yaxşı məkan...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Ermənistan və Azərbaycan arasında danışıqlar üçün ən yaxşı platformadır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Giya Volski jurnalistlərlə söhbətində deyib.

O qeyd edib ki, onun ölkəsi həm İrəvan, həm də Bakı ilə xüsusi münasibətlərə sahibdir.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında Gürcüstanın rolu, əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edir, xüsusən də bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”, - o bildirib.

Onun sözlərinə görə, regionu hərbi eskalasiyadan xilas etmək Tiflisin maraqlarına uyğundur və tərəflər məhz bunun ətrafında birləşməlidir.

Öz növbəsində hakim Gürcü Arzusu Partiyasından olan deputat Mixail Sarjveladze qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır və üzərinə konkret öhdəliklər götürməyə hazırdır:

"Hər kəs moderasiyanın mürəkkəbliyini başa düşür, bu məsələ sadə deyil. Bununla belə, tərəflərin və moderatorun bizim regionda sabitliyin və sülhün olmasını təmin etmək istəyi yaxşı ilkin şərtdir".

Tarix
2023.01.23 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla