Yuxarı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Özbəkistan prezidenti ilə görüşdü

17:48

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana səfəri çərçivəsində Özbəkistan Prezidenti Şövkət Mirziyayev tərəfindən qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Görüş zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

C.Bayramov görüş zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Şövkət Mirziyayevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.

Daha sonra xarici işlər naziri C.Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Bəxtiyar Səidov ilə görüşüb. Tərəflər arasında, ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.

Tarix
2023.01.24 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla