Yuxarı

Sürücüsü Heydər Əliyev haqda xatirəsini danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücüsü Heydər Əliyev haqda xatirəsini danışdı

Heydər Əliyevi istər Azərbaycanda, istərsə də Moskvada onunla yaxın ünsiyyətdə olan hər kəs sevirdi.

Axar.az xəbər verir ki, bunu SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin (DTK) 9-cu İdarəsinin əməkdaşı, Moskvada işlədiyi illərdə Heydər Əliyevin sürücüsü olmuş Vladimir Tupiçın Report-a açıqlamasında bildirib.

“Yadımdadır, Azərbaycana məzuniyyət vaxtı gedən zaman ölkənin müxtəlif bölgələrini gəzirdik. O, insanlarla çox mehriban və dostcasına danışır, onların həyatı, problemləri ilə maraqlanırdı”, - o vurğulayıb.

V.Tupiçın əlavə edib ki, Heydər Əliyev ünsiyyətcil insan olub və insanları özünə cəlb edən böyük cazibə qüvvəsinə malik idi.

O, Ümummilli Liderin ailəsinə münasibəti ilə bağlı xatirələrini də bölüşüb:

“Heydər Əliyev çox qayğıkeş ailə başçısı idi. Ailə onun həyatında ən mühüm yer tuturdu”.

V.Tupiçın Heydər Əliyevin oğluna böyük diqqət yetirdiyini, onu atasının məsləhətlərinə əməl edən, onun işini davam etdirən layiqli davamçı kimi yetişdirdiyini bildirib.

“Elə ilk görüşümüzdə dərhal anlaşdıq, ikimiz arasında bir dənə də olsun anlaşılmazlıq halını xatırlamıram”, - deyən V.Tupiçın bu illər ərzində birgə işin mehriban şəkildə davam etdiyini vurğulayıb.

V.Tupiçın deyib ki, onun vəzifəsinə birlikdə işlədiyi yüksək vəzifəli şəxslərin təhlükəsizliyi məsələsi də daxil idi:

“9-cu İdarənin əməkdaşı olduğum üçün funksiyalarıma həm mühafizə, həm də insanların tam təhlükəsizliyini təmin etmək daxil idi. Səfərlərdən əvvəl bizim hərəkətimizin marşrutu həmişə yoxlanılırdı, Heydər Əliyev bizə tam etibar edirdi”.

O, belə münasibətin böyük məsuliyyət yaratdığını, eyni zamanda, iş prosesini asanlaşdırdığını əlavə edib.

Xatırladaq ki, Vladimir Tupiçın 1982-1990-cı illərdə Heydər Əliyevin sürücüsü olub.

Tarix
2023.03.22 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla