Yuxarı

Ordumuzun antiterror tədbirinə İrandan reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzun antiterror tədbirinə İrandan reaksiya

İran regionda münaqişələrin kəskinləşməsindən narahatdır.

Axar.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında Azərbaycan Ordusunun qanunsuz silahlı birləşmələrə qarşı başlatdığı antiterror tədbirlərinə münasibət bildərərkən deyib.

O, bütün tərəfləri atəşkəs razılaşmasının müddəalarına əməl etməyə çağıraraq, ölkəsinin mövcud problemlərin danışıqlar yolu ilə aradan qaldırılmasına istəkli olduğunu diqqətə çatdırıb:

“İran “Dağlıq Qarabağ”ı Azərbaycan Respublikasının tərkib hissəsi hesab edir. Hesab edir ki, onun məsələləri, o cümlədən, sakinlərinin hüquq və təhlükəsizliyi bu çərçivədə, dialoq yolu ilə həll edilməlidir”, - XİN sözçüsü bildirib.

Kənani region ölkələrinin mübahisələrinin sülh yolu ilə həllinə yardım etməkdə Tehranın maraqlı olduğunu, İranın bununla bağlı 3+3 iclasını keçirməyə hazır olduğunu xatırladıb.

Tarix
2023.09.19 / 22:22
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla