Yuxarı

AB ölkələrinə viza çətinlikləri... - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB ölkələrinə viza çətinlikləri... - XİN

Noyabrın 23-də Bakıda Azərbaycan Respublikası və Avropa Birliyi arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.

XİN-dən Axar.az-a verilən məlumata görə, iclasda Azərbaycan Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və Avropa Birliyi üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalarının konsulları da iştirak edib.

Tərəflər 2013-cü ilin 29 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar.

2022-ci və 2023-cü ilin 15 noyabr tarixinədək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan və Avropa Birliyi vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.

İclas zamanı, həmçinin, Azərbaycan vətəndaşlarının Avropa Birliyinə üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.

Tarix
2023.11.24 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu qanun ləğv edilə bilər

Azərbaycanlı iş adamı milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla