Yuxarı

Ermənilərin qisas əməliyyatı ilə bağlı planı... - İlginc

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilan istiqamətində törədilən təxribata cavab olaraq keçirilən qisas əməliyyatının nəticələri Ermənistan üçün ağır oldu: bir əsgərimizin yaralanmasına qarşı 4 erməni hərbçi məhv edilib, biri yaralanıb.

Axar.az xəbər verir ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı qeyd edib.

O bildirib ki, İrəvan üçün maraqlı olan nə qədər itki verməsi yox, baş verənlərdən necə istifadə etməsidir:

"Təcrübəyə əsasən Bakının adekvat addımlarının ağır nəticələrinin olacağını bildikləri halda təxribata əl atmaları da hədəfin hərbi yox, siyasi olduğunu deməyə əsas verir.

Bu kontekstdə Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkir. Rəsmi İrəvan Azərbaycanı “danışıqları pozmaqda”, “sərhəddə eskalasiya yaratmaqda” ittiham edir. Ermənistanın bu iddiaları bölgədə heç nəyi dəyişdirməsə də, Avropa strukturlarında qisas əməliyyatını “Azərbaycanın hücumu” olaraq göstərməyə və bundan Bakıya qarşı təzyiq kimi istifadə etməyə cəhd edəcəklər. Məhz buna görə İrəvan məsuliyyətdən yayınmaq üçün Bakının qisas əməliyyatına səbəb olan snayper atəşinin onun iradəsindən kənar baş verdiyini deyir.

Zəngilan istiqamətində törədilən təxribatın hədəfləri arasında bu da var. Və Cənubi Qafqazdakı geosiyasi mübarizə fonunda bu təxribatın sonuncu olmayacağı da görünür".

Tarix
2024.02.13 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın bu sazişdən qazancı nə olacaq?

Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu

Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...

Balasanyandan Putinə: Kömək et, Qarabağa qayıdaq!

Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı

Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video

Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla