Yuxarı

Lavrov hədələdi: Kreml İrəvana nələr edəcək? - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:22

Proseslər sürətləndikcə, ritorika da sərtləşir və (Rusiya XİN başçısı – red.) Lavrov artıq bu dəfə konkret hərəkətlərdən danışır.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumunda Ermənistanla münasibətlərə Kremlin yenidən baxmağa məcbur edildiyi və İrəvanın KTMT ilə bərabər, digər inteqrasiya qurumları haqda da qərar verməsinin vacib olduğu haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bəlli deyil:

“Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları, Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və s. Təbii ki, bunların hamısı bizim üçün çox ağrılı məqamlardır və Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı birinə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa təcavüz olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda belə güman edilirdi ki, Ermənistan sərtləşdikcə, Qərbə doğru kəskin şəkildə getdikcə Rusiya da öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq”.

O qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini də təşkil edə bilər.

Politoloq xatırladıb ki, Nikol Paşinyanın Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd etdiyini deməsi təsadüfi deyildi.

Tarix
2024.03.03 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

"Medera" yeni qalmaqalda: rəhbərinə 25 minlik cərimə...

Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi

Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Prezidentin xüsusi nümayəndələrinin sayı artdı

Azərbaycanda bu iki nazir postu boşdur

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla