Yuxarı

İsrail İranı vurur, Tehran Bakını niyə hədələyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İranı vurur, Tehran Bakını niyə hədələyir?

İsrailin Suriyada İran konsulluğunun binasını vurması nəticəsində 11 nəfərin həlak olması gərginliyi daha da artıracaq. Ölənlərdən 7-si SEPAH-ın yüksək rütbəli zabitidir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İsrail əvvəllər də İran İslam Keşikçiləri Korpusunun Suriyadakı mövqelərinə zərbələr endirirdi, ancaq bu dəfə konsulluq binası hədəf seçilib:

“Tehran cavab aksiyası planlaşdırır, İsrailə birbaşa əli çatmadığına görə bölgədəki təsiri altındakı silahlı qruplar vasitəsilə zərbələr həyata keçirməyə çalışacaq.

Bu arada, İrandakı millət vəkillərindən biri - Cəlal Rəşidi Kuçi İsraildən intiqam alınması vacibliyindən danışarkən absurd və təxribatçı təklif irəli sürüb: “İsrailin Azərbaycandakı səfirliyinə hücum təşkil etmək lazımdır. Mənim təklifim odur ki, sionistlərin region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”. Millət vəkilinin bu cümləsindəki “daha yaxşısı” söz birləşməsi atmacadır, yəni yenə də İsraillə Azərbaycan arasındakı tərəfdaşlığa işarə edirlər. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu azmış kimi, indi də İsrailin Azərbaycandakı səfirliyinə terror həyata keçirməyə çağırış edirlər. Buna ciddi yanaşmaq lazımdır. Bu cür təxribatçı çağırışlara İranı idarə edənlər sakit yanaşırlarsa, demək, elə özləri də həmin deputat kimi düşünürlər. Bütün hallarda Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var”.

Tarix
2024.04.02 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla