Yuxarı

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənə qədər, lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 %-i məbləğində artırılacaq. İndiyə qədər artım ümumilikdə 20 %-dən çox ola bilməzdi.

Bundan başqa, "İşsizlikdən sığorta haqqında” qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” qanuna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra minimum sığorta ödənişi təyin edilir. Bu halda sığorta ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə ödənilir. Xatırıadaq ki, indiyə qədər sığorta stajı azı 30 ay olmalı idi.

Tarix
2024.04.23 / 17:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla