Yuxarı

Nikolun “bunu qələbəyə çevirək” iddiası - Bakı nələri güzəştə gedib?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzura səfəri zamanı dediyi söz təsadüf deyildi. O, altını cızaraq, bildirdi ki: “İlk dəfə belə bir şeyi deməliyəm: Hamımızın məğlubiyyət hesab etdiyimiz şeyi bu gün biz qələbəyə çevirmək yolundayıq və ya bu məğlubiyyəti qələbəyə çevirmək imkanımız var”.

Azərbaycan ictimai fikrindən yayınan və diqqət edilməyən bu sözlərlə Paşinyan nəyi nəzərdə tuturdu?

“Məğlubiyyət hesab etdiyimiz” deyə Paşinyanın vurğu etdiyi məsələ əsasən 2020-ci il 44 günlük Vətən savaşıdır. Azərbaycan Vətən müharibəsində yalnız və yalnız torpaqlarını işğaldan azad edib: o torpaqlar ki, beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edilir və Ermənistan tam 30 il qanunsuz olaraq, beynəlxalq hüquqa tüpürərək, yekə dövlətlərin – o cümlədən Minsk Qrupu üzvlərinin birbaşa dəstəyi və oyunu ilə işğalda saxlamışdı.

Ermənistan rəhbərliyi beynəlxalq hüquqla tanınan ərazisindən kənar torpaqlar zəbt etmək, Azərbaycan ərazisində ermənilərə ikinci dövlət yaratmaq xəyalları qurmuşdu. Faktiki olaraq işğal və Azərbaycan əraziləri hesabına genişlənmək yolu tutan bir siyasət iflasa uğradı. Ermənistanın kapitulyasiyası – işğaldan əl çəkməsi, Azərbaycanın suveren ərazisindən qoşunlarını çıxarması, Azərbaycanda separat-terrorçu mərkəzinin məhvidir, vəssalam, başqa heç nə!

Ermənistan 2020-2023-cü illərdə BMT-də tanınan ərazisinin bir qarışını da itirməyib, bir santim torpağı da işğal olunmayıb – Azərbaycan heç bir işğal hücumu həyata keçirməyib. Bu həyasız millət 30 illik işğal zamanı sərhədlərimizi pozub, ərazimizdə tikdikləri evi, mənimsədikləri torpaq sahəsini indi geriqaytarma zamanı gəldiyi üçün özünü yırtır, şüvənlik salır: sanki bunlardan torpaq alınır. Halbuki Azərbaycan öz torpaqlarını tələb edir və hələ də 4 kəndi işğal altındadır; hələ də 80-ci illərdə Ermənistana “icarəyə” verilən otlaq sahələri Ermənistanın nəzarətindədir.

Ermənilər o qədər həyasız və hüquqtanımaz məxluqlardır ki, Qazaxın anklav olmayan 4 kəndinin geri qaytarılmasına görə aylardır şou düzəldiblər: bütün təbliğat vasitələri elə qurulub ki, sanki bu kəndlər ermənilərindir, sadəcə, Azərbaycan məcbur edir və onu geri qaytarırlar.

Ermənistan o qədər həyasızdır ki, 70 illik sovet vaxtı mənimsədikləri torpaqların “dədə-baba” yurdları olduğunu sanmaları bir yana, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində işğal etdikləri sərhəd kəndlərindən çıxmağı belə faciə kimi qəbul edirlər.

Əvvəlki prezidentləri – Serj Sərkisyan açıq şəkildə, heç nədən çəkinmədən erməni mediasına deyir ki, bəli, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərini “bizə təhlükə yaratdığı” üçün işğal etdik, çünki qaz kəmərlərimiz ordan keçirdi, beynəlxalq yolumuz ordan idi və s. Yəni “adam” qızıl-qırmızı bu kəndləri 1990-92-ci illərdə işğal etdiklərini publik şəkildə bəyan edir və ardınca ermənilərin bu kəndlərin qaytarılmasına görə aksiyaları başlayır, Ermənistan hökuməti də bundan sui-istifadə edir, prosesi ləngidir!

Azərbaycan ildırımsürətli müharibə aparıb, cəmi 44 günə Ermənistan ordusunu darmadağın edib; Ermənistan ordusunun texnikasının 85%-ni məhv edib və yaxud qənimət götürüb, şəxsi heyətinin 40 faizinə qədərini sıradan çıxarıb: Ermənistan tam kapitulyasiya sənədinə imza atıb.

Amma Ermənistan 2020-ci ildən sonra yenidən işğal siyasətini davam etdirməyə, yenidən separatçılara büdcəsindən yüzmilyonlarla dollar ayırmağa, yenidən Xankəndiyə silah daşımağa davam edib!

Bütün dünyada, beynəlxalq normalarda qalib ölkənin qanı ilə qazandığı üstünlüyünü rəsmiləşdirmək hüququ var. Ermənistan soyqırım törədibmi? 30 il torpaqlarımızı işğal altında saxlayıbmı? Yüzlərlə kəndimizi, onlarla şəhərimizi xarabazara, səhralığa çeviribmi? Bütün dünya bunu qəbul edirmi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları işğal olunub, dağıdılıb, məhv edilib?

İndi Azərbaycan qalibdir və hüququ var: Ermənistandan törətdiyi vəhşiliklərə, dağıntılara, dəhşətlərə görə təzminat tələb etmək, öz şərtləri ilə sərhəd çəkmək, lazım gələrsə, hər hansı bir təhlükə hiss edərsə, Ermənistan ərazisində dərinliyi 30 km olan bufer-zona yaratmaq, Ermənistanın ordusuna nəzarət etmək, bu işğalçı ordunun ağır silahlar almasına qadağa qoymaq və s. və i.a. Bu, işğalçı dövlətə qarşı bütün dünyanın qəbul etdiyi hüquqdur, ədalətdir!

Ermənistan özünü məğlub dövlət kimi aparmır, danışıqlarda məğlub kimi iştirak etmir, şərtlər qoyur, tələblər irəli sürür və Fransanı da arxasına alıb, meydan oxuyur?

Dünyada elə bir ölkə varmı ki, qalib gələn kimi ədalətli, vicdanlı, beynəlxalq hüquqa uyğun, qarşı tərəfin haqlarına hörmətlə sülh təklif etsin? Azərbaycan etdi - qalib gələndən dərhal sonra sülh əlini uzatdı, yolların açılmasını, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhliz istədi – necə ki bunu Rusiya istəyib və Kalininqrada dəhliz alıb. Azərbaycan bu qədər əxlaqla, yüksəkkönüllüklə heç bir dövlətin ərazisində gözü olmadığını elan edərək, sərhədlərin çəkilməsini, sülh sazişi imzalanmasını tələb edir.

Ermənistan isə ilk gündən müxtəlif manipulyasiyalarla dəhliz vədindən imtina edir. İş o yerə çatır ki, Litvanın İrəvandakı səfiri belə Ermənistan hökumətinə bunun qanuni olduğunu, Rusiyaya belə bir dəhliz verdiklərini deyərək, bu prosesi mübahisəyə çevirməməyi təklif edir, Azərbaycana dəhliz verilməsinin beynəlxalq hüquqa uyğunluğunu dilə gətirir. Ancaq ermənilər bunu “faciə” sayır.

Belə məğlub ölkə olmur! Belə qonşu da olmur! Sülh istəyən dövlət də belə olmur!

Ermənistan və arxasındakı güclər o qədər həyasızdır ki, Azərbaycanın haqlı tələbi – Ermənistan Konstitusiyasından qonşu dövlətlərə torpaq iddiasının çıxarılması istəyini “daxili məsələyə müdaxilə” kimi qələmə verir; o qədər həyasızdır ki, sürətlə silahlanır – Hindistandan müqaviləli, İrandan gizli silahlar alır və nəhayət, Fransa hücum silahı sayıla biləcək 36 ədəd (!) “Sezar” haubitsası tədarük etməyi üzərinə götürür.

“Sezar”ın mənzili 40 km-dir, Ermənistanla sülh imzalanmayıb, bu ölkənin Konstitusiyasında Azərbaycana ərazi iddiası var. Demək, Azərbaycan öz ərazisinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan ərazisində 40 km dərinliyində bufer-zona yaratmaq hüququ əldə edir.

Azərbaycan MN Ermənistanın silahlanmasına etiraz etdikdə isə erməni rəsmilərin növbəti həyasızlığı başlayır. Və bu durmadan, dayanmadan davam edir!

Azərbaycan Ermənistana 2020-ci ildən bəri sonsuz güzəştlər edib: Ermənistan ordusunun buraxılmasını tələb etməyib, tarixən özünə məxsus olan torpaqları da istəməyib, Ermənistanın 4 ildə sülhdən yayınmasına qarşı sülhəməcburetmə əməliyyatı keçirməyib, Ermənistan ərazisinə hücum edib, təhlükəsizliyi üçün bəzi əraziləri nəzarətə götürməyib – halbuki Azərbaycanın bütün bunlara tam hüququ var!

Bütün bunlar Ermənistana misli görünməmiş güzəştlərdir: İrəvan daha hansı güzəşt istəyir ki?

Bugündən isə COP29-dan sonra Azərbaycanın Ermənistan ərazisində əməliyyat keçirə biləcəyi haqda informasiyaların yayılmasına cəhd başlayıb.

Paşinyan Azərbaycanın ədalətli və vicdanlı yanaşmasından sui-istifadə etdiklərini dolayısı ilə izah etməyə çalışdı və ona görə o sözləri işlətdi.

Azərbaycan masada Ermənistanın bərabər səviyyədə iştirakına, özünü məğlub hesab etməməsinə görə bütün güzəştləri edib və edir, ancaq Ermənistan bundan sui-istifadə edib, “plankanı” yenə də qaldırmaq haqqında düşünür və hətta Azərbaycan Konstitusiyasına dil uzatmağa qədər qudurursa, mütləq bədəli olacaq!

Erməni ekspertlər düzgün hesablayır: bu qədər həyasızlığın acı sonu olacağını özləri təxmin edirlər!

Tarix
2024.06.21 / 11:58
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla