Yuxarı

Azərbaycan Qərbə rus qazı satmır - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Qərbə rus qazı satmır - Hacıyev

Azərbaycanın Rusiya təbii qazını Qərbə satmağına dair iddialar açıq-aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır.

Axar.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda STRATCOM-2024 çərçivəsində Azərbaycana həsr olunmuş paneldə bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı da Azərbaycana qarşı çox sayda dezinformasiya qeydə alınıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan süni intellektdən istifadə edərək dezinformasiya ilə mübarizə aparıb.

Hikmət Hacıyev vurğulayıb ki, müharibənin bitməsinə baxmayaraq, Azərbaycana qarşı dezinformasiya siyasəti davam etdirilir və Azərbaycan bu məsələni Ermənistanla danışıqlar zamanı qarşı tərəfin diqqətinə çatdırır.

Prezidentin köməkçisi onu da əlavə edib ki, dezinformasiya kampaniyaları Bakıda keçirilən COP29-la da bağlı aparılıb.

Hikmət Hacıyev onu da diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan ikitərəfli formatda və TDT çərçivəsində süni intellekt sahəsində də əməkdaşlıq edir.

Tarix
2024.12.13 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla