Yuxarı

Bakı BMT-də Rusiyanın müəllifi olduğu qətnaməni dəstəklədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı BMT-də Rusiyanın müəllifi olduğu qətnaməni dəstəklədi

BMT Baş Assambleyası “Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümünə qarşı mübarizə” adlı qətnamənin lehinə səs verib.

Axar.az xəbər verir ki, sənədi 119 ölkə dəstəkləyib, 53 ölkə əleyhinə, 10 ölkə bitərəf qalıb.

Sənədin əleyhinə səs verənlər arasında Almaniya, İtaliya, Kanada, ABŞ, Ukrayna və Yaponiya da var. Azərbaycan, Əlcəzair, Belarus, Boliviya, Braziliya, Çin, Kuba və Serbiya qətnamənin lehinə çıxış ediblər. Qətnamənin müəllifi Rusiya, həmmüəllifləri isə Belarus və Türkmənistandır. Ənənəvi olaraq Rusiya tərəfindən təqdim olunan və 2005-ci ildən qəbul edilən sənəd 74 bənddən ibarətdir. Burada nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələrin kəskin şəkildə pislənməsi, tarixi həqiqətin qorunub saxlanılması səylərinin alqışlanması, bəşəriyyətə qarşı cinayətlərin inkarının qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı tövsiyələr, II dünya müharibəsinin tarixinə və nəticələrinə yenidən baxılması haqqında müddəalar yer alır.

Qətnamə layihəsində həmçinin etnik, milli, dini və ya əqidəyə görə irqçiliyi, ayrı-seçkiliyi, nifrət və zorakılığı təşviq edən tədris materiallarından və ritorikadan istifadəni qəti şəkildə pislənir.

Tarix
2024.12.18 / 09:11
Müəllif
Axar.az
Digər xəbərlər

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

Antitürk ideologiyasının ən vacib fiquru öldürüldü

Azərbaycan benzinini Avropa adı ilə satır - Papoyan

Ceyhun Bayramov Ər-Riyada yola düşdü

Bu, İrana Xameneidən sonra ən böyük zərbədir

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

İran səfiri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla