Yuxarı

Rusiya XİN-ə Bakının sülhə dair mövqeyi təqdim edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya XİN-ə Bakının sülhə dair mövqeyi təqdim edildi

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib.

Azərbaycanın səfiri Rəhman Mustafayev xarici işlər nazirinin müavini Mixail Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.

Tərəflər həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.

Tarix
2024.12.20 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla