Yuxarı

BMT Prezidentin müraciətini rəsmi sənəd kimi yaydı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından effektiv addım olmuşdur. Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir".

Xatırladaq ki, sözügedən sənədlərin yayılması ilə İcmanın təşəbbüsü ilə BMT-nin rəsmi sənədləri kimi yayımlanmış sənədlərin sayı ona çatmışdır.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsini beynəlxalq qurumların gündəliyinə təqdim etməkdə davam edəcək. İcma bir daha Ermənistan hökumətini sələflərinin başlatdığı irqi ayrı-seçkilik siyasətindən əl çəkməyə, beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırır".

Tarix
2025.01.09 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Antonio Koşta İlham Əliyevə zəng etdi

Bakı və Ankara Suriyanın quruculuğunda birgə fəaliyyət göstərir

Ayxan Hacızadə Paşinyana cavab verdi

MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?

Bakı və İrəvan arasında saziş bu tarixdə imzalanacaq

Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat

Karasevin Bakıya dil uzatmasına Kremldən cavab

Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla