Yuxarı

Fərzanə Sadiq 3 günlük Bakıya gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərzanə Sadiq 3 günlük Bakıya gəlir

Bu gün İranın yol və şəhərsalma naziri və İran və Azərbaycan Dövlətlərarası Birgə İqtisadi Komissiyanın iranlı həmsədri Fərzanə Sadiq 3 günlük səfər çərçivəsində Azərbaycana səfər edəcək.

Axar.az Trend-ə istinadla cxəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müşaviri Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, iranlı nazirin Azərbaycana səfəri Azərbaycanın Baş nazirinin müavini və Azərbaycan və İran Dövlətlərarası Birgə Dövlət Komissiyasının azərbaycanlı həmsədri Şahin Mustafayevin dəvəti əsasında baş tutur.

Tərəffo bildirib ki, səfərdə İranın yol və şəhərsalma nazirini bir sıra dövlət qurumlarının nümayəndələri müşayiət edəcək və İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana baş tutacaq səfəri çərçivəsində danışıqlar aparılacaq.

İranlı rəsmi qeyd edib ki, səfər çərçivəsində iki ölkənin nəqliyyat, gömrük, su və enerji, neft və qaz, preferensial ticarət və sairə haqda birgə layihələrinin son vəziyyəti araşdırılacaq və ehtimal olunan maneələrin aradan qaldırılması üzrə lazımi danışıqlar aparılacaq.

“İranlı nazirin Azərbaycana səfərində iki ölkənin birgə sərhəd layihələri ilə yaxından tanış olması, həmçinin, nəqliyyat və sərhəd əməkdaşlığı üzrə yeni anlaşmanın tənzimlənməsi nəzərdə tutulur”, - deyə o vurğulayıb.

Tarix
2025.04.07 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla