Yuxarı

Bayramov Moldova XİN-in dövlət katibini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mixovu qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy ilə görüşünü məmnunluqla xatırlayan nazir Ceyhun Bayramov ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafında bu kimi təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.

İkitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan Respublikası və Moldova Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mixov rəhbərlik edib.

Tarix
2025.04.09 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla