Yuxarı

Xələfov Lavrovla görüşdü: Nələr müzakirə olunub?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov aprelin 9-da Rusiyanın paytaxtı Moskvada işgüzar səfərdə olub.

Bu barədə Axar.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində X.Xələfov Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bu ölkə Prezidentinin köməkçisi Yuri Uşakov, Federal Məclisin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Andrey Rudenko ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin gündəliyi, AQEM-in institusional inkişafı və beynəlxalq təşkilata çevrilməsi, o cümlədən qarşılıqlı fəaliyyət planı müzakirə edilib. Həmçinin iki ölkə arasında müxtəlif səviyyələrdə konstruktiv dialoqun aparılması yüksək qiymətləndirilib. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı istiqamətində tədbirlərin, o cümlədən parlamentlərarası təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub. 2022-ci il fevralın 22-də imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin uzunmüddətli əməkdaşlıq üçün əsaslı zəmin yaratdığı vurğulanıb. Bu kontekstdə ikitərəfli münasibətlərin cari vəziyyəti nəzərdən keçirilib. Eyni zamanda, Cənubi Qafqaz və Xəzər regionunda davamlı sabitliyin və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi sahəsində birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşlər konstruktiv və işgüzar mühitdə baş tutub.

Tarix
2025.04.09 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla