Yuxarı

Tahir Budaqov Şimali Kiprin baş naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 12-də IV Antalya Diplomatik Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) sədri Ünal Üstel arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə xalqlarımız arasında münasibətlərin tarixi ənənələrə, ortaq dəyərlərə, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son illərdə sıx təmasların olduğu qeyd edilərək müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğu bildirilib.

Görüş əsnasında Azərbaycan Prezidenti İlham Əliyevin mənəvi-siyasi dəstəyinin Şimali Kipr Türk Cümhuriyyəti üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin hər iki ölkə üçün mühüm prioritet olduğu bildirilərək bu xüsusda həyata keçirilən fəaliyyətin əhəmiyyəti qeyd olunub.

2023-cü ilin noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının önəmi qeyd edilərək qarşıda duran vəzifələrin indiyədək uğurla icra olunduğu bildirilib, bundan sonra da məqsədyönlü birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti nəzərə çatdırılıb.

Tarix
2025.04.12 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Bayramov İvan Xil Pinto ilə görüşdü

Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto

Bayramovla Lavrov arasında görüş oldu

Gürcüstanın "3+3" formatına qoşulması... - Boçorişvili

XİN başçılarının iştirakı ilə panel keçirildi

Ərsin Tatar buna görə İlham Əliyevə təşəkkür etdi - Video

Bakının bu şərti qəbul olunur - Mirzoyan

Bayramov Antalyada Mirzoyana sülh üçün şərtləri açıqladı

Sülh sazişinin imzalanacağı yer və tarix... - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla