Yuxarı

Qənirə Paşayeva hökumətə çağırış etdi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva hökuməti əlillərin problemlərinin həlli istiqamətində daha surətli addımlar atmağa çağırıb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva Qarabağ müharibəsi əlillərinin mənzil probleminin həllini sürətləndirmək üçün gələn ilin dövlət büdcəsində vəsaitin nəzərdə tutulmasını təklif edib.

O, Milli Məclisdə 2017-cü ilin dövlət və icmal büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, hər il cənab Prezidentin göstərişi ilə ehtiyat fonddan bu istiqamətdə vəsait ayrılır və mənzillər tikilir. Amma ağır mənzil problemləri ilə üzləşən və növbədə olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sayının çoxluğunu nəzərə alaraq, büdcədə onların mənzil probleminin daha surətli həlli istiqamətində vəsaiti nəzərdə tutmaq lazımdır:

“Cənab Prezidentin imzaladığı sənədlə 2018-ci ilə qədər mənzil növbəsində olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı həyata keçirilməldir. Bu gün növbədə gözləyən şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinin sayı 5 mindən çoxdur və həmin zamana qədər bu problemin həlli istiqamətində büdcədə vəsaitləri artırmaq lazımdır. Mən idman obyektlərinin tikilməsinin əleyhinə deyiləm, amma əgər büdcədə bu istiqamətə vəsaiti artırmaq imkanları yoxdursa, o zaman idman obyektləri tikintisinə ayrılan pulun bir hissəsini şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatına yönəltmək çox vacibdir. Çünki mənzil problemi ağır olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sayı çoxdur və cənab Prezidentin də hər zaman vurğuladığı kimi, onların həyat şəraitinin yaxşılaşdırılması ən vacib məsələlərdəndir və bu istiqamətində işlər daha da sürətlənməlidir".

Q.Paşayeva ünvanlı sosial yardımın təyini zamanı ailədəki 1-ci qrup əlillərin aldığı müavinətlərin ailənin qazanc bölməsinə aid edilməməsinə də çağırıb və bu istiqamətdə əlillərin xahişini hökumət üzvlərinin diqqətinə çatdırıb:

"Bu çox önəmli məsələdir ki, dövlətimiz yoxsul, kasıb ailələrə dəstək göstərmək üçün onlara ünvanlı sosial yardım verir. Çox təəssüf ki, əlillərin aldığı əlillik müavinətləri ailənin qazancına daxil edilir, bu da bir sıra kasıb ailələrin ünvanlı sosial yardım əldə edə bilməməsinə yol açır. Nəzərə almalıyıq ki, dövlətimiz əlillərə müavinəti onların dərman və müəyyən ehtiyaclarını ödəmək üçün verir və həmin vəsait əlillərin özlərinin ehtiyaclarını ödəməyə ancaq yetir. Ona görə də onların əlillik müavinətlərinin ünvanlı sosial yardımın verilməsi üçün ailə qazanclarının üzərinə hesablanmasını ləğv etmək vacibdir. Özəlliklə I qrup əlillər üçün, belə ki, onların problemləri daha çoxdur.

İlk olaraq I qrup əlillərin ailələrindən başlayaraq, bu addımı atmamız çox önəmlidir. Hesab edirəm ki, bu ölkənin yürütdüyü sosial siyasətə də uyğun humanist bir addım olardı. Bu səbəbdən hökumət üzvlərini və aidiyyəti qurumları ünvanlı sosial yardıma ehtiyacı olan və ailələrində əlil olan insanlar üçün əlillərin aldığı müavinətin ailə qazancları içərisinə daxil edilməməsi məsələsini həll etməyə çağırıram".

Millət vəkili Q.Paşayeva ali məktəblərdə ödənişli təhsil alan 1-ci qrup əlillərin təhsil haqqını ödəməkdə çətinlik çəkməsi və həmin vəsaitin dövlət tərəfindən ödənilməsinə dəstək göstərilməsi ilə bağlı Milli Məclisdə qaldırılan məsələyə həssas münasibət göstərərək, həmin şəxslərin təhsil haqlarının nazirlik tərəfindən ödənəcəyi sözünü verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova təşəkkür edib və bildirib ki bu, ali təhsil almaq istəyən fiziki imkanları məhdud gənclər üçün böyük stimul olacaq və çox vacib bir addımdır.

Deputat həmçinin fiziki imkanları məhdud şəxslərin, əlillərin işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb:

“Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxslər, əlillər daha çox işlə təmin olunsunlar. Çox təssüf ki bizdə Heydər Əliyev Fondundan başqa sosial məsuliyyət prizmasından fəaliyyətlərini quran qeyri-dövlət və özəl qurumlar demək olar ki, yox dərəcəsindədir. Əslində mobil rabitə ilə bağlı Azərsell, Baksell və bir çox digər şirkətlərdə görmə qabiliyyətini itirmiş, əlil arabasında olan fiziki imkanları məhdud şəxslərin işləməsi üçün geniş imkanlar var. Sağlam insanlar hər yerdə işləyə bilər, amma əlil insanların işləyə bilməsi üçün müvafq işlər var və yaxşı olar ki, həmin yerlərdə məhz onların işlə təmin olunması artsın. Lazım olarsa, nazirliyin dəstəyi ilə həmin işlərin öyrənilməsi istiqamətində kurslar da təşkil edilə bilər. Mən Əmək və Əhalinin Sosail Müdafəsi naziri Səlim Müslümovdan xahiş edirəm ki, nazirlik bu təşəbbüsü həyata keçirsin və bu cür şirkətləri dəvət etsinlər və birlikdə əlil insanların daha çox işlə təmin olunaması üçün nələr edə bilərik deyə, geniş müzakirələr açılsın”.

Tarix
2016.12.06 / 21:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla