Yuxarı

Həbsdə olan baş redaktorun cəzası azaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsaəsn Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Tarix
2025.07.29 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Nazir Sahil Həmidova yeni vəzifə verdi

Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova

Əliyevin bu səfəri ilə yeni tarixi mərhələ açıldı - Mey

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Qovlar şəhərinin Baş planı təsdiqləndi

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla