Yuxarı

Bu imtahanların nəticələri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqi sənəti istiqamətinə aid Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahanın nəticəsi elan olunub.

Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.

Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 1064 nəfər iştirak edib.

“Harmoniya və solfecio”, “Musiqi nəzəriyyəsi və solfecio” fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunub.

Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır.

İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə balları burada təqdim olunub.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 30 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Qeyd edək ki, 27 iyul 2025-ci il tarixində DİM ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahan keçirib. İmtahanlar Bakı, Gəncə, Naxçıvan şəhərlərində təşkil edilib.

Tarix
2025.07.29 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Nazir Sahil Həmidova yeni vəzifə verdi

Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova

Əliyevin bu səfəri ilə yeni tarixi mərhələ açıldı - Mey

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Qovlar şəhərinin Baş planı təsdiqləndi

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla