Yuxarı

Heydərov BMMT-nin yeni baş katibi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydərov BMMT-nin yeni baş katibi ilə görüşdü

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, K.Heydərov bu il iyulun 8-10-da Bakıda BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının, eyni zamanda təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında Azərbaycan nümayəndəsinin BMMT-nın yeni Baş katibi seçilməsini Azərbaycan adına uğurlu nailiyyət adlandırıb. Prezident İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini xatırladan nazir ölkənin hər zaman mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.

Nazir qeyd edib ki, bundan sonra da Azərbaycan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək, onun inkişafına öz töhfəsini verəcək.

İlk rəsmi səfərini Azərbaycana reallaşdıran Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı əlaqələrin daha da inkişafı üçün səy göstərəcəyini bildirən Ə.Kələntərli fövqəladə hallarla mübarizə məsələlərində real nəticələrin birgə və əlaqəli fəaliyyət sayəsində əldə ediləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Tarix
2025.08.01 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla