Yuxarı

İrəvanda basdırılan Azərbaycan tarixi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan kimi daşın, torpağın da yaddaşı var. Abidələr məhv edilə, dağıdıla, saxtalaşdırıla bilər. Ancaq torpağın, daşın yaddaşını məhv eləmək mümkün deyil...

Sənə mənsub olmayan torpağa zorla da olsa sahiblənə bilərsən, ancaq onun ruhunda, yaddaşında yaşayanlara sahib çıxmaq mümkün deyil.

200 ilə yaxındır ki, ermənilər İrəvanı tarixi türk köklərindən qoparmaq, onu dünyaya erməni şəhəri kimi təqdim etmək yolunda dəridən-qabıqdan çıxırlar. Ancaq buna baxmayaraq, hələ də haranı qazırlarsa, oradan Qədim İrəvanın əsl sahiblərinin izlərini qoruyub saxlayan abidələr baş qaldırır. Qədim İrəvan iki əsrdir ki, bir kabus kimi qarabaqara onları izləməkdədir.

2003-cü ildə Respublika meydanında (Bura Qədim İrəvan qalasının ərazisi olub) təmir tikinti işlərinin aparılması qərara alınmışdı. O zaman meydandakı üst asfalt qatını götürüb ərazidə qazıntı işlərinə başlarkən böyük bir ərazidə qırmızı və qara tuf daşdan, qırmızı kərpicdən tikilmiş tikililərin qalıqları, gildən hazırlanmış su xətti və xeyli məişət əşyalarının qalıqları üzə çıxdı. Təmir işlərini aparanların sevincinin həddi-hüdudu yox idi. Erməni tarixçilərinin uydurduğu saxta tarix kitabları ilə böyümüş bu bədbəxtlər sevinirdilər ki, qədim erməni şəhərinin qalıqlarını aşkar ediblər.

Odur ki, təcili Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarını bura dəvət etdilər. Ancaq erməni arxeoloqlar burada cəmi 2 gün işlədilər və 3-cü gün tikililərin üzə çıxdığı ərazi tələm-tələsik qum və torpaqla dolduruldu. Həmin vaxt İrəvanın Baş arxitektoru işləmiş Narek Sarkisyan bunu çox özünəməxsus izah eləmişdi: "Bunlar tarixi abidə yox, keçmiş Astafyev küçəsindəki evlərin zirzəmiləri idi və heç bir tarixi dəyəri yox idi. Bir də ki, biz bu abidələri dağıtmamışıq, sadəcə, qumla doldurub gələcək nəsillər üçün saxlamışıq".

Ancaq həmin vaxt orada işləmiş 3 arxeoloqdan biri Frina Babayan tamam fərqli fikir söyləmişdi. Onun fikrinə görə, bu tikililər bizim indiyə qədər 17-18-ci əsr şəhərsalma mədəniyyətini öyrənmək üçün çox vacib abidələr idi.

Yeri gəlmişkən, abidələrin aşkar olunduğu Respublika meydanı və Abovyan küçəsi Qədim İrəvan qalasının ərazisini əhatə edir. XIX əsrin ortalarına qədər Abovyan küçəsi Qala küçəsi adlanırdı. 1827-ci ildə Qalanın ruslar tərəfindən işğalından sonra 20-ci illərin ortaların qədər Astafyev küçəsi adlanırdı.

Azvision.az

Tarix
2016.07.10 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla