Yuxarı

"Azercell"in dəstəyi: ICPC Dünya Finalı uğurla başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində "Azercell"in telekommunikasiya tərəfdaşlığı ilə 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçirilib.

Bakı şəhərində təşkil olunan Dünya Finalı 70 ölkəni təmsil edən 140 universitet komandasını bir araya gətirib. Final mərhələsində iştirakçılar mürəkkəb tapşırıqları həll edərək proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini nümayiş etdiriblər.

"Azercell" tədbirdən öncə və final mərhələsində ICPC Fondunun təşkilati komandasını fasiləsiz və etibarlı rabitə ilə təmin edərək dayanıqlı və səmərəli telekommunikasiya infrastrukturunun qurulmasına dəstək göstərib. Tədbir çərçivəsində Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə iştirakçılar və qonaqlar beynəlxalq texnologiya şirkətləri ilə yanaşı, Azercell-in də innovativ həlləri ilə tanış olublar.

Müsabiqə “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, "PAŞA Holding"in dəstəyi ilə reallaşıb.

Qeyd edək ki, "Azercell" gənclərin İT bacarıqlarının artırılmasını və onların peşəkar kadr kimi formalaşmasını dəstəkləməklə informasiya texnologiyaları və proqramlaşdırma sahəsinin inkişafına töhfə verir. Belə ki, 2017-ci ildən etibarən şirkət Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzində Azərbaycanın paytaxt və bölgə məktəblərində təhsil alan şagirdlər müxtəlif proqramlaşdırma müsabiqələrində iştirak edərək 100-dən çox medal qazanıblar.

Tarix
2025.09.10 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında...

Bakı ilə əməkdaşlıq dövrü başladı - Yengibaryan

Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?

Hikmət Hacıyev ABŞ-da: 907-ci düzəliş ləğv edilməlidir!

Rəsmi Bakı Qətərə hücumdan narahatdır

Azərbaycan və AB arasında əməkdaşlıq müzakirə olundu

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Milli Məclisin xüsusi iclası başa çatdı

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır

Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla