Yuxarı

Orta aylıq əmək haqqı 10%-ə yaxın artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768,4 min nəfər olub, onlardan 858,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, muzdla işləyənlərin 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1%-i təhsil, 13,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,3%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i maliyyə və sığorta fəaliyyəti, 14,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 9,5% artaraq 1 098,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Tarix
2025.09.10 / 15:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında...

Bakı ilə əməkdaşlıq dövrü başladı - Yengibaryan

Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?

Hikmət Hacıyev ABŞ-da: 907-ci düzəliş ləğv edilməlidir!

Rəsmi Bakı Qətərə hücumdan narahatdır

Azərbaycan və AB arasında əməkdaşlıq müzakirə olundu

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Milli Məclisin xüsusi iclası başa çatdı

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır

Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla