Yuxarı

ETX vətəndaşlara müraciət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.

Xidmətdən Axar.az-a verilən məlumata görə, dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.

ETX vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqları mənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç bir halda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satış platformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərin doğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər.

Tarix
2025.09.11 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...

İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?

Qriqoryan Azərbaycana gəldi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir

Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?

Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla