Yuxarı

Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, müğənni Alla Puqaçovanın son müsahibəsinə sərt reaksiya verib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, diplomat Sankt-Peterburqda keçirilən XI Birləşmiş Mədəniyyətlər Beynəlxalq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bu barədə danışıb.

“Bir əsər var, onun adı sonradan məşhur ifadəyə çevrildi — “Təkəbbür yarmarkası”. Bu isə artıq “riyakarlar bazarıdır””, — deyə Zaxarova bildirib.

Qeyd edək ki, Alla Puqaçova müsahibəsində Rusiya hakimiyyətinə qarşı dərin məyusluğunu ifadə edib, ölkəni tərk etməsini "vətən tərəfindən xəyanətə uğramaq"la əsaslandırıb.

Puqaçova həmçinin Vladimir Putinə bir zamanlar böyük ümidlərlə səs verdiyini, lakin bu gün onun tamamilə dəyişdiyini və başqa bir insana çevrildiyini deyib.

Müğənni Ukrayna müharibəsinin məqsədlərini anlamadığını, günahsız insanların – həm rusların, həm də ukraynalıların həyatını itirməsinin dəhşətli olduğunu bildirib. O vurğulayıb ki, əgər vətən həqiqətən təhlükə altında olsa, silah götürməyə belə hazır olar, lakin bu müharibəni anlaşılmaz və faciəvi hesab edir.

Tarix
2025.09.11 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...

İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?

Qriqoryan Azərbaycana gəldi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir

Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?

Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla