Yuxarı

270 hərbçi mənzillə təmin olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində yeni inşa olunan 3 yeddimərtəbəli 8 girişli və 2 ikimərtəbəli 6 girişli xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdən sonra 270 mənzildən ibarət yaşayış binaları zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti istifadəsinə verilib.

Bildirilib ki, müasir standartlara cavab verən təmirli yaşayış binalarına su, elektrik xətləri çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, xidməti mənzillər mətbəx avadanlığı və sanitar qovşaq ləvazimatları ilə təchiz olunub. Eyni zamanda, binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınmış, yaşıllaşdırma işləri görülmüş, müxtəlif ağac və gül kolları əkilmiş, əraziyə asfalt örtük döşənib.

Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdikləri ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.

Hərbi qulluqçulara yeni xidməti mənzillərin orderlərini təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev rəhbər heyət ilə birlikdə açılış mərasimindən sonra istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olub.

Tədbirin sonunda yeni xidməti mənzillərin sakinləri ilə xatirə fotoşəkilləri çəkdirilib.

Tarix
2025.09.20 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Prezidentlərin təkbətək görüşü oldu

Azərbaycanın suverenliyi real səciyyə daşıyır

Ruanda prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Hələ də yadımdan çıxmır, niyə “Qarabağ Ermənistandır” dedim?

9 noyabr sənədinə görə təşəkkür etdilər, şoka düşdüm

1 il 7 aydır ki, Azərbaycanla sərhəddə... - Paşinyan öyündü

Əliyevadan Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Mirzoyandan Zəngəzur açıqlaması: Bakı ilə anlaşmalar var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla