
1 il 7 aydır ki, Azərbaycanla sərhəddə... - Paşinyan öyündü
11:24
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Dövlət Administrasiyasının sədri Sergey Lısak məlumat yayıb.
"Yaralıların əksəriyyətinin vəziyyəti orta ağırdır və xəstəxanaya yerləşdirilib. Bir nəfər isə ağır vəziyyətdədir", - Lısak bildirib.
Dnepr və ətraf ərazilərdə bir neçə yanğın baş verib. Çoxmərtəbəli binaya, fərdi evlərə, yardımçı tikililərə və qarajlara, sənaye obyektlərinə ziyan dəyib.
Tarix
2025.09.20 / 09:52
|
Müəllif
Axar.az
|